جنبش ملی‌

Azərbaycan Türkü Demokrasi Fəallarının Düşüncə Məhbusu Murtaza Muradpur’a Aclıq Aksiyasını Sonlandırmaq Üzərə ÇağırışıMuradpur Free

Öz bənzərsiz dirənişi və dayanışı ilə aydın və tutarlı səsini, elə ilk günündə "Ya ölüm, ya özgürlük" deyən, "Mən ölümə deyil, gerçək yaşayışa istəkliyəm" deyən səsini bizim qulağımıza çatdırmağı bacarana!

Biz bu səsi eşitdik. Arxayın ol, İran’ın ədlî sorumlularının ağır qulağı və susqun vicdanları da bu səsi açıq-aydın eşitmişdir; baxmayaraq ki, tam bir inadçılıq və saymazlıqla ona qarşı münasibət bildirməkdən çəkinmişlər, ancaq şübhə duyma ki, onlar da içində zərrəcə quşqu və qorxu sezilməyən bu səsi eşidiblər və qondarma görkəmləri yıxılıb dağılmışdır. Təkcə biz və onlar deyil, bütün dünya da bu müddətdə haq carçısı olan bu səsi eşitdilər və indi sıra səsimizi sənin qulağına çatdırmamız gərəkən bizlərə çatıb.

 

 

Murtaza, bu çağırışı səndən bu aclıq eyləminə son vermən üçün bir insani təklif olaraq yazırıq. Baxmayaraq ki, doğru və gerçək anlamında bu insani təklif, bu səsin sahibinə bu çağırışla səslənmək yerinə onunla səsləşməmizi gərəkdirirdi. Bu məsələni etiraf edərək bunu yazır, məhcubiyyətimizi bildiririk. Ancaq biz bu səsi eşitdik və bu səsə hələ də ehtiyacımız olduğunu, təkcə bizim deyil bütün bu toplumun belənçi səslərə ehtiyacı olduğunu söyləməliyik. Bu səs susmamalıdır. Bu ölüm və yoxluq çölündə umudu və yaşayışı müjdələyən ancaq belənçi səslərdir. Eləsə, diri qal və səs olmağa davam et. Bizim unutqanlığımıza qarşı dim-dik bir üsyan olan və bizi bunca unutqanlıqdan dolayı utandıran bir səs. Bu səs Azərbaycan’ın demokrasi mücadiləsi tarixində ardıcıl nəsillərin sürəkliliyində kəsinliklə qeyd olunacaqdır və bugün sənin səsin o unudulmuş nəsillərin xâtirələrini bizim üçün canlandırmışdır.

İndi arxayınıq ki, bu yolun sonuna dək gedəcəksən; ancaq bu yolun sonu sənin səssizliyin və ölümün olacaqsa bundan çəkinib həyatda qalmağını istəyirik. Biz sənin haqqında olan bütün ədalətsizliklərdən xəbərdarıq və ona tanıqlıq edəcəyik; ana dilində oxuma haqqını istəmək, Urmu Gölü’nün acınacaqlı durumuna diqqət çəkmək, yapısal ayrıseçkiliklərin ortadan qalxması və irqçiliyə etirazı üçün özü də üçüncü minillikdə həbs edilmiş olan birisi haqqında. Və bu açıq ədalətsizliyin davamında qanunsuzluğa da uğradılmış olduğuna, indisə təslim olmamağın olabilirliyini bizə xatırlatsın deyə bilincli və başıuca bir şəkildə ölümlə mücadiləyə qalxışdığına tanıqlıq edəcəyik.

Sənin haqqındakı bunca ədalətsizlik və qanunsuzluğun fərqində olaraq deyirik ki: Sən təslim olmadın, hətta ölümlə çarpışdığın bu günlərdə, saatlarda, dəqîqələrdə və sâniyələrdə bir an belə bunu düşünmədin, ancaq biz necə?! Və bizim insani təklifimiz səndən bizim üçün həyatda qalmanı istəməmizi gərəkdirir…

Araz Elsəs

Ata Hamidi

Behruz Əlizadə

Bəhram Tural

Davud Turan

Əli Qərəcəlu

Əlirza Ərdəbili

Əlirza Əsğərzadə

Əlirza Quluncu

Babak Bakhtavar

Hadi Qaraçay

Höccət Qasimlu

Hüseyn Ənvər Həqiqi

İbrahim Şizli

Mehdi Nəimi

Məhbub Tişə

Məhəmmədrıza Ələrdəbili

Məhsa Mehdili

Məməd Ənsari

Pərviz Əsədi Urmulu

Rəsul Rəhiməli

Rıza Heyət

Sevil Süleymani

Səbur Kəbiri

Sidiqə Ədaləti

Simin Səbri

Toğrul Atabay

Umud Məhdiyan

Yədullah Kənani

Yunus Şamili

Ziba Kabassi